SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində kütləvi dava baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə nəticəsində iki qardaş - 30 yaşlı Xəyal Niftəlizadə və qardaşı 1988-ci il təvəllüdlü Tural Niftəlizadə bıçaqlanıb.

Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat edilib. Qardaşların vəziyyəti orta-ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. İnsidentin təfərrüatları dəqiqləşdirilir.

BAKU.WS