SİZİN REKLAM BURADA!
055 213 76 73


“Lotu Quli”ni güllələyən şəxslə bağlı bəzi məlumatlar daxil olmaqdadır.

BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, həmin şəxs “Xan Əhmədlinski” ləqəbi ilə tanınan kriminal avtoritetdir.

Bildirilir ki, “Xan” son vaxtlar “Lotu Quli”nin təşəbbüsü ilə onun yaxın ətrafına daxil olubmuş. Sosial şəbəkələrdə “Lotu Quli”nin “Xan Əhmədlinski” ilə birlikdə çəkilmiş fotoları da yer alır.

Qeyd edək ki, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

O, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.

Bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

Onun bir restoranda şam etdiyi şəxs tərəfindən silahla vurularaq öldürüldüyü bildirilir.

“Loti Quli”nin başından 4 güllə yarası aldığı bildirilir. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, onu öldürən şəxs də yaralanıb və hadisə yerindən qaçmağa müvəffəq olub. Ancaq cinayətkar Antalya-Dənizli yolunda polislər tərəfindən saxlanılıb.

BAKU.WS