SİZİN REKLAM BURADA!
055 213 76 73


Oğuz rayonunda dava zamanı 16 yaşlı yeniyetmə bıçaqlanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində 5 nəfər arasında kütləvi dava olub. Dava zamanı bir nəfər - Oğuz rayon sakini 2004-cü il təvəllüdlü Murad İmran oğlu Qədirli bıçaq xəsarətləri alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı yeniyetmənin bədəninin müxtəlif nahiyələrində deşilmiş-kəsilmiş bıçaq xəsarətləri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS