VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis özünün qanunla müəyyən edilmiş cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı fəaliyyətini də davam etdirir.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, son bir ayda qeydə alınmış 1186 cinayətin böyük əksəriyyəti açılmış, 1860 nəfər məsuliyyətə cəlb edilmiş, axtarışda olan 485 şəxs tutulmuş, 106 cinayətkar qrup zərərsizləşdirilmişdir.

Qanunsuz dövriyyədən 260 kiloqram narkotik vasitə çıxarılaraq bu əməllərə görə 353 nəfər məhkəmə məsuliyyətinə verilmişdir.

BAKU.WS