SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkirdə gecə saatlarında yaşadığı evə od vuraraq həyat yoldaşının, oğlunun, gəlininin və nəvəsinin yanıq xəsarətləri almasına səbəb olan Vəli Vəliyev polis tərəfindən saxlanılıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, o hadisəni törətdikdən sonra qaçıb gizlənsə də aparılan əməliyyat tədbirləri nəticəsində tutulub.

Məlum olub ki, hadisəyə səbəb ailə münaqişəsi olub. V. Vəliyevin içkiyə meyilli şəxs olduğu və bu səbəbdən də tez-tez ailədə söz-söhbət yarandığı bildirilir.

Xatırladaq ki, hadisə ötən axşam rayonun Aşağı Seyfəli kəndində baş verib. Kənd sakini 1961-ci il təvəllüdlü Vəliyev Vəli yaşadığı evi yandırıb. Hadisə zamanı onun 1966-ci il təvəllüdlü həyat yoldaşı Nüşabə Yaqubova, 1988-ci il təvəllüdlü oğlu Əkbər Vəliyev, 1988-ci il təvəllüdlü gəlini Nərgiz Vəliyeva və 4 yaşlı nəvəsi Banu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. V.Əkbər, V. Nərgiz və azyaşlı Banunun vəziyyəti ağır olduğu üçün Bakıda xəstəxanaya göndəriliblər.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS