SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə müddətdir ki, kriminal aləm Yunanıstanda məskunlaşmış "qanuni oğru" Vaji (Vaja) Biqanişvili və Şota (Şotiko) Tevdoradze ilə münasibətlərini aydınlaşdırmağa çalışırdı. Bu məqsədlə Vaja Türkiyədə olan azərbaycanlı "qanuni oğru" Nadir Səlifova (Quli) müraciət edib. Vaja ilə konfliktdə olan Şotikonun daxil olduğu Kutaisi klanının "xaç atası" sayılan Merab Suxumski Qulinin bu məsələyə qarışmamasını istəyib. Amma Quli deyib ki, ona "qanuni oğru" kimi müraciət edilib və bunu rədd edə bilməz. Bu səbəbdən İstanbulda 27 nüfuzlu "qanuni oğru"nun iştirakı ilə Qulinin məkanlarından birində "sxodka" keçirilib.

Bu konfliktin kökü 2015-ci ilə gedib çıxır. Şotiko Vajanın klanına daxil olan "qanuni oğru" Qeqi Modubadzeni döyüb. Bu isə Vajanın qəzəbinə səbəb olub. Bu konfliktlə bağlı bir neçə dəfə toplantı çağırılması uğursuz başa çatıb. Üstəlik, Şotiko Qeqinin yaxınlarda Ukraynada deportasiya məntəqəsində olduğunu öyrəndikdə onun "oğru" olmadığı mesajını göndərib və frayerlər Qeqini yenidən döyüblər.

Şotiko (Şotiko) Tevdoradze

Bu isə Vajanı daha da qəzəbləndirib. Hadisədən daha sonra Kutaisi klanı «sxodka» çağırıb və konflikti sülhə bağlamağa çalışıblar. Vaja isə bununla razılaşmayıb. O deyib ki, «sxodka»nın sonunda ya Şotiko, ya da Qeqi «oğru» adından məhrum edilməli idi. Şotikonun Qeqini tanımamasına gəlincə, Vaja deyib ki, adamını döyəndə o, bir neçə «qanuni oğru»nun adını çəkib, amma Şotiko buna da fikir verməyib.

Vaji (Vaja) Biqanişvili

İstanbulda keçirilən «sxodka» ya Şotiko dəvət edilsə də, iştirak etməyib. Vaja bu konfliktlə bağlı öz mövqeyini ortaya qoyub və nüfuzlu «qanuni oğru»lar onun dediklərinə inanıblar.

İstanbulda oğru toplantısı keçirilərkən hazırda İspaniyada məhkəməsini gözləyən Taro ləqəbli Tariel Oniani və Merab Suxumski kimi tanınan Merab Canqveladzenin rəhbərlik etdiyi Kutaisi klanı isə Trabzonda «oğru toplantısı» keçirib.

Solda Tariel Oniani, sağda Merab Suxumski

Qeyd edək ki, yuxarıda adı çəkilən hər iki şəxs kriminal aləmdə general statusundadırlar, hətta liderliyə can atırlar.

Onlar da Vajaya yaxın iki «oğru»nun-Sokrat və Sandrikin «tacı»nın tanınması barədə hökm çıxarıblar. «Sxodka»da bildirilib ki, Sandrik İtaliyada döyülməsinin cavabını hələ də verməyib, Sokrat isə «qanuni oğru» adını Şakro Molodoyun qoyduğu yasağa rəğmən alıb.

Baş verənlər isə Türkiyəyə yerləşən və bir-birinə düşmən kəsilmiş klanların tezliklə açıq savaşa başlayacaqları deməkdir. Qulinin bu məsələdə tərəfsizliyini qoruyacağı isə o qədər də real görünmür.

Yeni Musavat

BAKU.WS