SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Məhsəti qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Rəhimov Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 448 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qarayevin evindən 440 qram marixuana aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

BAKU.WS