VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda sevgisinə qarşılıq ala bilməyən oğlan 22 yaşlı qıza 7 bıçaq zərbəsi vurub.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə fevralın 11-i gecə saat 23:30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində baş verib.

Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü A.Z.-yə yeddi bıçaq zərbəsi vurub. A.Z. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, A.Hüseynov tanışı olan A.-ya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək sevgili olmaqdan imtina edib.

Bundan qəzəblənən Afiq sevdiyi qıza 7 bıçaq zərbəsi vurub.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS