SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhər BPİ, Səbail RPİ əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də saat 21 radələrində naməlum şəxs tərəfindən soyğunçuluq əməli törətməkdə şübhəli bilinən şəxs müəyən olunaraq tutulub.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
Belə ki, keçirilən təxirəsalınmaz tədbirlərlə 1988-ci il təvəllüdlü qadının qoluna toxunmaqla yerə saldığı və içərisində 390 manat pul, sənədləri və digər əşyaları olan əl çantasını talamaqda şübhəli bilinən 1986-cı il təvəllüdlü Bəhruz Muradov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Onun üzərindən 0,015 qram heroin, 0,697 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKU.WS