VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazax rayonunda 16 yaşlı şagirdin bıçaqlanmasının təfərrüatı məlum olub.

BAKU.WS xəbər verir ki, Qazax şəhər 1 saylı S.Əfəndiyev adına tam orta məktəbdən "report"a bildirilib ki, hadisə təhsil ocağının qarşısında qeydə alınıb.

Belə ki, həmin məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov və 10-cu sinif şagirdi Nihad Əliyev arasında mübahisə yaranıb.

Mübahisəyə isə M.Qasımovun N.Əliyevin sinif yoldaşı olan qızlara söz atması səbəb olub. Yuxarı sinif şagirdi isə buna narazılığını bildirib:

"Bundan sonra aralarında mübahisə yaranıb və məktəbin həyətinə çıxıblar. Onlar həyətə çıxarkən məktəbin mühafizəçisinə "mağazadan nəsə alıb gəlirik" deyiblər.

Ancaq məktəbin qapısının qarşısında anidən kiçik bıçaqla onun qarnına bir dəfə vurub, sonra isə qaçıb. Hazırda yaralı Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib və onun vəziyyətinin kafi olduğu bildirilir".

Məktəbdən vurğulanıb ki, hadisəni törədən şagird dəfələrlə nizam-intizama tabe olmadığından valideynlərinə xəbərdarlıq edilib və hətta bir dəfə orta məktəbdən uzaqlaşdırılıb.

Lakin yaxınlarının xahişi və təhsilini yarımçıq saxlamaması üçün yenidən məktəbə qaytarılıb.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

BAKU.WS