SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs tərəfimizdən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, 1990-cı il təvəllüdlü F.Hüseynov barəsində Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə Xəzər RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKU.WS