VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxıda qətl törədilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Yeddi Günbəz" qəbiristanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb.

Beş bıçaq xəsarəti almış Ruslan Surxayev orada ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

O.Hacıyev şübhəli şəxs qismində saxlanılıb.

BAKU.WS