SİZİN REKLAM BURADA!
055 213 76 73


Qəbələ şəhər Mərkəzi Bazarında bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bazarda 1997-ci il təvəllüdlü Vasif İsrəfil oğlu Əliməmmədov şəxsi münasibətlər zəmnində Anar Məhəmməd oğlu Aslanovu sol bel nahiyəsində qarın boşluğuna nüfuz edən bıçaq zərbəsi vurub.

Hadisə ilə bağlı ilkin araşdırmalar aparılır. Hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib.

Hadisəni törədən şəxsin və şahidlərin izahatları alınıb və məhkəmə-tibbi ekspertizalar təyin edilib.

Vasif Əliməmmədov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS