SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə odlu silahla saxlanılan "Ramoş" ləqbli şəxslə əlaqəsi olan daha bir kriminal avtoritet saxlanılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, silahla saxlanılan Bəhram Səmədovun kriminal əlaqələri ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini "Saşa" ləqəbli Sabir Şabanov da saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib.

Üzərinə keçirələn baxış zamanı soyuq silah hesab olunan bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***09:37

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Gəncə sakinindən qanunsuz saxlanılan silah-sursat aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 38 yaşlı Bəhram Səmədov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Makarov” tipli tapança, həmin silaha məxsus 5 ədəd güllə sandıqcası ilə birlikdə aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, B.Səmədov kriminal aləmdə "Ramoş" ləqəbi ilə tanınır.

BAKU.WS
QALEREYA