SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni il gecəsi Abşeron rayonunda villadan oğurluq olub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

Məlumata görə, A.Hüseynovaya məxsus villadan 31 dekabrdan 1 yanvara keçən gecə içərisində 200 min manatlıq qızıl və 120 min dollar pul (ümumilikdə 400 min manatdan çox) olan seyf oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS