SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Vilayət Quliyev ailədaxili mübahisə zəminində hörgü baltası ilə öz yaşadığı evi dağıtmaq istəyib.

Bu zaman həyat yoldaşı və oğlu onun bu əməlinin qarşısını almaq istəyib.

Əsəbi olan V.Quliyev oğlu, 1986-cı il təvəllüdlü Samir Quliyevə sol qol nahiyəsindən bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS