SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağcabədidə əsgər yola salma mərasimində başlayan mübahisə qanlı cinayətlə başa çatıb.

BAKU.WS xəbər verir ki, Ağcabədi rayon polis şöbəsinə bir nəfərin bıçaqlanması barədə məlumat daxil olub. Məlumatda bildirilib ki, 1982-ci il təvəllüdlü Seymur İnqilab oğlu Mirzəyevə 5 bıçaq zərbəsi vurulub.

Onun sol çiyni, sol kürəyi, bel nahiyyəsi və döş qəfəsində bıçaq yarası aşkarlanıb.

Daxil olan məlumat əsasında araşdırmalara başlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, onu 2003-cü il təvəllüdlü, subay və işsiz olan Əliheydər Əlimərdan oğlu Mirzəyev bıçaqlayıb.

Hadisə isə dekabrın 12-də, saat 21 radələrində Namiq Nadir oğlu Məmmədovun təşkil etdiyi şənlikdə baş verib.

Namiq Məmmədov oğlunu hərbi xidmətə yola salmaq münasibətilə şənlik təşkil edib. Həmin şənlikdə iştirak edən Əliheydər Mirzəyev ilə Seymur Mirzəyev arasında mübahisə baş verib.

Mübahisə zamanı Seymur Mirzəyev həmkəndlisinə bildirib ki, uşaqdır, bu səbəbdən onunla mübahisə etməməlidir.

Bu sözdən əsəbləşən Əliheydər Mirzəyev üstündə gəzdirdiyi bıçaqla Seymur Mirzəyevi bıçaqlayıb.

Seymur Mirzəyevi ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci madələrilə cinayət işi başlanıb. Hadisəni törədən Əliheydər Mirzəyev tutulub. İstintaq gedir.

Ziya SƏCCAD
BAKU.WS