SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabad rayonunda qadın 3 nəfərin bank hesabından 36500 manat çıxararaq mənimsəyib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, rayon sakinləri - F.Hümbətov, M.Quliyev və Z.Abbasov hüquq-mühafizə orqanlarına müraciət edərək 46 yaşlı R.Ağayevadan şikayət ediblər.

Şikayətçilər bildirib ki, həmin qadın onları dələduzluqla aldadaraq bank hesablarındakı müvafiq olaraq 14300, 11900 və 10300 manat pulu ələ keçirib.

Şikayətlə bağlı araşdırma aparılır.

BAKU.WS