SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlıları zorlamaqda təqsirləndirilən S.A.-nın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, S.Ağayev azyaşlı məktəbliləri zorlamaqda ittiham edilir.

Cinayət işi üzrə 19 zərərçəkmiş var.

BAKU.WS