SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qadına qarşı quldurluq edilib

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da G.Hüseynovaya zor tətbiq edərək içərisində 437 manat və qızıl qolbaq olan pulqabısını almaqda şübhəli bilinən Yevlax rayon sakinləri M.Bəkirova və qardaşı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS