SİZİN REKLAM BURADA!
055 213 76 73


Qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gələn şəxs tutulub.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Hacıqabul şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş T.Qasımovun tanışı olan bir qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib sonuncudan 300 manat pul alması barədə Rayon Polis Şöbəsinə daxil olan müraciətlə əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində T.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

BAKU.WS