SİZİN REKLAM BURADA!
055 213 76 73


Şamaxıda güllələnmə hadisəsi olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19:30 radələrində qeydə allnıb. Rayon sakini, 1978-ci il təvəllüdlü Hacıyev Şəfaət Əlibala oğlu ov tüfəngindən açılan atəş nəticəsində sinəsindən və əlindən xəsarət alıb.

Yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS