SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bakı” klubunun sabiq futbolçusu Serxio Kontreras Pardo həbs olunub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, 36 yaşlı veteran hücumçu narkotik ticarəti ilə məşğul olan şəbəkəyə rəhbərlik etməkdə şübhəli bilinir. “Koke” ləqəbli oyunçu vətəni İspaniyanın Estepona şəhərində polis reydi zamanı saxlanılıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, ümumilikdə 20-yə yaxın şəxs tutulub. Onlardan 1 tona yaxın, dəyəri təxminən 700 min avro olan həşiş aşkarlanıb. Narkotiklərin satışına Kokenin rəhbərlik etdiyi vurğulanıb. Onun hazırda Malaqadakı polis bölməsində saxlanıldığı bildirilir.

Qeyd edək ki, Bakıda 2012-ci ildə çıxış etmiş Koke 4 il sonra karyerasını başa vurub.

BAKU.WS