SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Yaşar Rzayevin cinayət cinayət işi üzrə məhkəmə iclası keçirilib.

BAKU.WS
“oxu.az”a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 18-nə təyin edilib.

Y.Rzayevin cinayət əməli sübuta yetirilərsə, onu 8 ildən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Y.Rzayev adlı şəxs köməksiz vəziyyətdə olan azyaşlı qıza - F.Ə-ya (ad, soy ad şərti) təcavüz edib.

Azyaşlının valideynlərinin şikayəti əsasında saxlanılan Y.Rzayev barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
BAKU.WS