VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə bibisini qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Ayxan Zamanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS
"ölkə.az"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Şəmkir rayonunun Səttarxan küçəsi 21 ünvanında qeydə alınıb.

Cinayəti törədən Ayxan Zamanov yaşadıqları həyətdə bibisi, 39 yaşlı Aynurə Zamanova ilə mübahisə edib.

Əsəblərini cilovlaya bilməyən A.Zamanov mətbəx bıçağını götürərək bibisinin üzərinə hücum çəkib. Qadının qışqırdığını görən A.Zamanov onu həyətdəki hamama salıb.

Burada ona 10-dan artıq bıçaq zərbəsi endirib. Nəticədə, qadın yerindəcə keçinib. Hadisədən dərhal sonra Ayxan Zamanov oradan uzaqlaşıb.

Bir müddət gizləndikdən sonra isə polis onun yerini müəyyən edib və cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

A.Zamanov ilkin ifadəsində bibisini qısqanclıq zəminində öldürdüyünü bildirib:

"Tez-tez telefonda kiminləsə danışır, görüş yeri təyin edirdi. Əvvəl elə bilirdim ki, sevdiyi oğlan var. Bir neçə dəfə izlədim, telefonla danışıb evdən çıxandan sonra arxasınca getdim.

Gördüm ki, hər dəfə ayrı-ayrı oğlanlarla görüşür. Axşam evə gələndə soruşdum ki, haradan gəlirsən?

O, da mənə dedi ki, "özüm bilərəm, sən kimsən məni sorğu-sual edirsən".

Biz mübahisə elədik. Mən mətbəxə keçərək oradan götürdüyüm bıçaqla başladım bibimə zərbələr vurmağa. Həmin vaxt özümdə deyildim. Sonradan bildim ki, 12 bıçaq zərbəsi vurmuşam".
BAKU.WS