SİZİN REKLAM BURADA!
055 213 76 73


Qobustan rayonunda təqaüdçü kişinin pulları əlindən alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Şamaxı RPŞ-yə müraciət edən Qobustan rayon sakini X.Nəzərovun oktyabrın 17-də Şamaxı şəhəri ərazisindəki bankomatların birində pulunu çıxarmasına köməklik edən şəxsin onun 200 manatını çıxararaq aparmasını bildirib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini H.Yadigarlı müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.
BAKU.WS