VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kür çayının sahilində 3 nəfərin bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub. 

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, bıçaqlanan şəxslərdən 1990-cı il təvəllüdlü Əsgərov Məhəmmədəli Xəqani oğlu və 1996-cı il təvəllüdlü Əsgərov Toğrul Əli oğlu polis işçisidir. Bu şəxslərdən Əsgərov Məhəmmədəli Daxili İşlər Nazirliyinin Tovuz Regional Qediyyat və Baxış Şöbəsinin rəisi Xəqani Əsgərovun oğludur.

21:30

Tovuz rayonunda kütləvi dava olub.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə Kür çayının kənarında baş verib.

İlkin məlumatlara görə insident zamanı 1990-cı il təvəllüdlü Əsgərov Məhəmmədəli Xəqani oğlu və 1996-cı il təvəllüdlü Əsgərov Toğrul Əli oğlu 1985-ci il təvəllüdlü Tağıyev Taryel Sərdar oğlu tərəfindən bıçaqlanıb. Daha sonra sonuncu bıçaqla özünə bir neçə zərbə endirib.

Hər üç yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Tağıyev Taryel Sərdar oğlunun müxtəlif maddələrlə bir neçə dəfə həbs olunduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.
BAKU.WS