SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir polisi bankın binasını qarət edən şəxs tutulub.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri ilə Samir Mustafayev adlı şəxs saxlanılıb.

O, ilkin ifadəsində oğurluq məqsədi ilə S.Vurğun küçəsində yerləşən və bir müddətdir fəaliyyəti dayandırılan bankın ofisinə daxil olduğunu etiraf edib.

Qiymətli əşyaları oğurlayaraq cinayətdə istifadə etdiyi avtomobilinə yığıb və  ərazidən uzaqlaşıb.

"Əşyaları evə gətirib zirzəmi də  gizlətdim. Sabahısı ailə üzvülərimə dedim ki, Bakıya maşınıma ehtiyat hissələri almağa gedirəm.

Belə oğurladığım malları maşın qoyub evdən çıxdım.

Üstəlik  yol xərci üçün evdən də əlavə pul götürdüm.Əşyaları satmışam bütün pulları yeyib-içmişəm"

Aparılan istintaq tədbirləri zamanı müəyyən edilib ki, 30 yaşlı şəxs sözügedən bankın ofisini bundan öncə daha iki dəfə yarıb.Artıq məhsulların ilkin dəyəri də müəyyənləşib.

Zərərçəkən şəxsin polisə verdiyi  ifadəsində 41 min manatdan artıq ziyan dəydiyini vurğulayıb.Faktla bağlı Şəmkir Polis Şöbəsində cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
BAKU.WS
QALEREYA