SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızına ağır xəsarət yetirən şəxs saxlanılıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Məhərrəm Sirati həbs olunub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Gəncə şəhərinin Bayan küçəsində Mustafayeva Natavan Sabir qızı əri tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, əri bıçaqla onun boğazını kəsib.

Xəstəxanaya yerləşdirilən N.Mustafayevanın vəziyyəti ağır qiymətləndirilir.

Natavan Mustafayeva Məhərrəm Siratinin ikinci həyat yoldaşı olub. Tərəflər bir müddət öncə boşanıblar.
BAKU.WS