SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə polis xəstəxanaların birində rüşvət istəyən azərbaycanlı həkimi həbs edib.

BAKU.WS
yenialanya.com”a istinadən xəbər verir ki, Hakkari rayonunda xəstəxanada qeydə alınıb.

Şikayət əsasında türk polisi əməliyyat keçirib. Əməliyyat zamanı Hakkari Dövlət Xəstəxanasında plastik cərrah işləyən Elnarə Məmmədova rüşvət alarkən tutulub.

O, xəstələrin birindən 1500 türk lirəsi (təxminən 450 AZN) alarkən polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Elnarə Məmmədova Hakkari Dövlət Xəstəxanasında plastik cərrah işləyirdi. Polisin cinayət üstündə həbs etdiyi cərrahın işi məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onun barəsində həbs cəzası təyin edilib və həbsxanaya göndərilib.
BAKU.WS