VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu ilin 8 ayında asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələr bütövlükdə layiqincə yerinə yetirilib, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunan müsbət nəticələr hesabat dövründə də qorunub-saxlanılıb". 

Bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində “Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılması”nın, həmçinin “Polis sahə rəisləri və inspektorları tərəfindən inzibati qanunvericiliyin tətbiqi sahəsində görülmüş işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunan Kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 8 ayında qəsdən adam öldürmələrin 13,8, adam öldürməyə cəhdlərin 18,5, qəsdən sağlamlığa ağır zərərvurmaların 1,8, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 7,5, mülkiyyət əleyhinə olan cinayətlərin 12,2, o cümlədən quldurluqların 7, hədə-qorxu ilə tələb etmələrin 19, dələduzluqların 27 faiz azaldığını, habelə cinayətlərin açılmasının yüksək olduğunu qeyd edib.
BAKU.WS