VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə körpələr evi-uşaq bağçasından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu barədə Mingəçevir şəhər Polis Şöbəsinə məlumat daxil olub.

Daxil olan məlumata əsasən polis əməkdaşları əməliyyat keçiriblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-nə keçən gecə şəhər ərazisindəki körpələr evi-uşaq bağçalarının birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini İ.Rzayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS