SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı sakini 1962-ci il təvəllüdlü Kifayət Rəhimovanın mənzilindən 40 min manatlıq qızıl oğurlanıb.

BAKU.WS
xəbər verir ki, bu barədə “oxu.az”a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

K.Rəhimovanın Zahid Xəlilov küçəsində yerləşən evdə yaşadığı bildirilib.

Sentyabrın 11-də qadın bir saatlıq evini tərk edib.

Bu vaxt naməlum şəxs pəncərədən mənzilə girərək 40 min manat və 3,8 min ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Oğurluq faktı ilə bağlı cinayət işi açılıb, hələlik saxlanılan yoxdur.
BAKU.WS