Bakıda qətl törədilib.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Xaləddin Dilqəm oğlu Hüseynov qeyri-rəsmi münasibətdə olduğu Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın qısqanclıq zəminində başını kəsərək qətlə yetirib. Hadisədən sonra X.Hüseynov polisə təslim olub.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
BAKU.WS