SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunda oğul atasını qətlə yetirib.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə hadisə rayonun Aşağı Quşcu kəndində qeydə alınıb. 1959-cu il təvəllüdlü Məsimov Rasim pensiya kartına görə atası Müzəfər Məsimovu qətlə yetirib.

İlkin məlumatlara görə təqaüt kartı oğulda olub. Atası M.Məsimov kartı istəyib. R.Məsimov bundan əsəbləşib. Daha sonra həyətlərindəki çəkiclə atasının baş nahiyyəsinə 5 zərbə endirib. Nəticədə yaşlı kişi hadisə yerindəcə keçinib. Oğul isə hadisə yerini tərk edib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Məsimov Rasim həbs edilib.
BAKU.WS