SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əlibrahim Səmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

BAKU.WS
"ölkə.az"a istinadən xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ə.Səmədovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlib.

Belə ki, onun 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə endirilib.

Qeyd edək ki, hadisə 2018-ci ilin dekabr ayının 1-də Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi H.Z.Tağıyev küçəsində baş verib.

Ə.Səmədov qeyri-rəsmi nikah münasibətində olduğu A.Məmmədlinin anası R.Məmmədovanı küçədə bıçaqlayıb.

Belə ki, Rübabə Məmmədova qızının Əlibrahim Səmədovla münasibətinə etiraz edib.

Hadisə günü Əlibrahim işdən çıxan Aytacı qarşılamağa gedib. Bu zaman Aytacın anası ilə rastlaşıb və aralarında mübahisə yaranıb. Ə.Səmədov cibində olan mətbəx bıçağı ilə R.Məmmədovanı bıçaqlayıb.

Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Səmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
BAKU.WS