VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı "qanuni oğru” Nadir Səlifov Kutaisidən olan avtoritetlərə etiraz edib.

BAKU.WS
xəbər verir ki, bu barədə "Praym Kraym" portalı məlumat verib.

Məlumata görə, Qoça Alpaidze ("Alfason"), Georgiy Nijaradze ("Qiya"), Merab Qoqiya ("Meliya") və Avtandil Kobeşavidze ("Avto Kopala") erməni əsilli Artur Atabekyana "oğru səlahiyyətləri” verilməsi ilə bağlı həbsxanaya göndərilən "proqon”da (icrası vacib olan göstəriş-red.) "Quli”nin adından istifadə edib.

Əvəzində Nadir Səlifov erməniyə heç bir dəstək vermədiyini bəyan edib və adının "proqona” onun izni olmadan yazılmasını qeyd edib.

"Mənsiz nə istəyirsiniz yazın və edin",- deyə "Lotu Quli" vurğulayıb.
BAKU.WS