VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Namus üstündə arvadını öldürən şəxs hakim qarşısına çıxarılıb.

BAKU.WS
“Musavat”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Rövşən Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Əvvəlcə dövlət ittihamçısı çıxış edib.

Prokuror törətdiyi əmələ görə R.Dadaşovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən R.Dadaşov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, R.Dadaşov arvadı A.Dadaşovanı başqa şəxslərlə görüşdüyü üçün qətlə yetirib.

O, arvadına dəmir parçası ilə ağır xəsarətlər yetirib. İttihamda göstərilir ki, R.Dadaşov arvadını azyaşlı uşaqlarının gözü qarşısında işgəncə verərək xüsusi amansızlıqla öldürüb.

Elan olunmuş ittihamla R.Dadaşov özünü qismən təqsirli bilib. Deyib ki, arvadını xüsusi amansızlıqla və uşaqlarının gözü qarşısında öldürməyib. Dadaşov əməlindən peşman olmadığı bildirib.

O, namusunu təmizlədiyini deyib:

"Elədiyimi danmıram. Arvadımı namus üçün öldürmüşəm. Bir kişi kimi namusumu təmizləmişəm. Sonra da polisə özüm məlumat vermişəm".

Məhkəmədə şahid qismində təqsirləndirilən şəxsin qardaşı Amil Dadaşov dindirilib. O iddia edib ki, hadisədən bir neçə gün əvvəl qardaşı arvadının videogörüntülərini əldə ediblər.

Amil Dadaşov iddia edib ki, həmin videolarda mərhumun ərəblərlə əxlaqsız görüntüləri əks olunubmuş.

Məlumata görə, Masallı rayon sakini, 38 yaşlı Rövşən Dadaşov yaşadığı evdə həyat yoldaşı, 31 yaşlı Aidə Dadaşovanın başına küt alətlə vuraraq onu qətlə yetirib.

R.Dadaşov tutulub. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

R.Dadaşov əvvəllər də oğurluğa görə məhkum olunub.

R.Dadaşova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
BAKU.WS