Biləsuvarda güllələnmə hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə ötən gecə rayonun Xırmandalı kəndində qeydə alınıb. 

Kənd sakini, 1983-cü il təvəllüdlü Zeynalov Elməddin Adil oğlu Sumqayıt şəhərindən onlara qonaq gəlmiş bibisi oğlu Məmmədov Ceyhun Məmmədağa oğlunu ov tüfəngi ilə vuraraq  yaralayıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Güllələnmə hadisəsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS