SİZİN REKLAM BURADA!
055 213 76 73


Tərtərdə bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayon sakini 1991-ci il təvəllüdlü Rəşad Süleymanlı həmyerlisi 1989-cu il təvəllüdlü Sərxan Əlizadəyə bir neçə dəfə bıçaqla xəsarət yetirib.

İki gəncin arasındakı hadisənin qız üstündə baş verdiyi bildirilir.

Yaralı S.Əlizadə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb araşdırma aparılır.
BAKU.WS