VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy rayonunda qətl hadisəsi qeydə alınıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. Qasım İsgəndərov gəlini Samirə Məmmədovanı amansızca qətlə yetirib.

İlkin məlumatlara görə, hadisəyə səbəb şəxsi münaqişə zəmnin baş verib. 76 yaşlı qayınata 39 yaşlı gəlininə 5 bıçaq zərbəsi endirib. Nəticədə sonuncu hadisə yerindəcə keçinib.

Samirə Məmmədovanın bir övladı qalıb.

Hadisə yerinə Goranboy rayon Prokurorluğunun rəsmiləri cəlb olunub. Qətli törədən şəxs könüllü olaraq polisə təslim olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
BAKU.WS
QALEREYA