SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Amasiya şəhərinin Gümüşhacıköy rayonunda azərbaycanlı qadın güllələnərək qətlə yetirilib. 

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qonşular Gürcüstan vətəbndaşı olan 60 yaşlı Afət Məmmədlinin evində atəş səsləri eşidildiyi barədə polisə xəbər veriblər. A.Məmmədlinin yaşadığı evə gələn təcili tibbi yardım maşını və polis əməkdaşları onun silahla qətlə yetirildiyini müəyyən ediblər.

Evdə iki boş mərmi tapılıb. Polisdən verilən məlumata görə, qadını eyni evdə qaldığı rəfiqəsinin sevgilisi öldürüb. 47 yaşlı kişi A.Məmmədliyə intim əlaqə təklif etsə də, qadın bunu rədd edib və bundan sonra güllələnib. 

Qeyd edilib ki, hadisədə şübhəli bilinən R.H. polis tərəfindən saxlanılıb.
BAKU.WS