SİZİN REKLAM BURADA!
055 213 76 73


Cinayət Məcəlləsinin 126.3-cü yəni qəsdən sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olma maddəsi ilə təqsirli bilinən Səməd Pənahov apelyasiya şikayəti verib.

BAKU.WS
ölkə.az-a istinadən xəbər verir ki, onun şikayəti ilə bağlı məhkəmə baxış iclası hakim Həsən Əhmədovun sədrliyi ilə iyun ayının 24-də keçiriləcək.

İttihama görə, Səməd Pənahov tanışları İlqar Abdullayev və Cabbar Babayevlə birlikdə Röyal Xankişiyevlə görüşə gedib. Görüşün məqsədi Röyal Xankişiyevin İlqar Abdullayevə borclu olduğu və vaxtında verə bilmədiyi 15 manatı almaq olub.

Məlum olub ki, İlqar Abdullayev Röyal Xankişiyevə 40 manata elektroşok satıb.

Röyal Xankişiyev 25 manatını ödəyib, qalan məbləği yaxın zamanda verə biləcəyini deyib. Lakin dediyi vaxtda pulu qaytara bilmədiyindən arada söz-söhbət yaranıb.

Daha sonra dava düşüb, Səməd Pənahov Röyal Xankişiyevi idman fəndi ilə yerə yıxıb, onun başı asfalta çırpılıb və ağır xəsarət alıb. Bir neçə saat sonra isə Röyal Xankişiyev dünyasını dəyişib.

Qeyd edək ki, Səməd Pənahov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS