SİZİN REKLAM BURADA!
055 213 76 73


Gədbəy rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, rayonun Qumru kənd sakini 1989-cu il təvəllüdlü Zamiq Həsənov bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə gətirilib.

Hadisə şahidlərinin sözlərinə görə, Zamiq Həsənov Gədəbəy rayonunun “Narzan” restoranında yeyib içdikdən sonra piyvə içmək üçün başqa bir kafeyə yollanıb. Mübahisə də məhz orada baş verib. Digər masada əyləşənlərlə yaşanan mübahisə zamanı hələlik şəxsiyyəti məlum olmayan şəxs bıçağı Zamiq Həsənovun gözünə soxub. Sonuncu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Onun bir gözü əməliyyat edilərək götürülüb. Cinayəti törədən şəxs və yanında olan iştirakçılar isə hadisə yerindən qaçıblar. Hazırda polis onların şəxsiyyətini müəyyənləşdirmək üçün əməliyyat axtarış tədbirlərini davam etdirir.
BAKU.WS