SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qadını bıçaqla qətlə yetirən şəxs intihara cəhd edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 7-də Səbail rayonunun A.İsmayılov küçəsində Ağsu rayon sakini F.Abuşov mübahisə zəminində Bakı şəhər sakini olan tanışı K.Mikayılovaya bıçaqla xəsarət yetirdikdən sonra Neftçi Qurban küçəsində inşa edilməkdə olan binanın tikintisində istifadə edilən krana çıxaraq intihara cəhd göstərib.

Cəhdin qarşısı alınıb, F.Abuşov polis əməkdaşları tərəfindən saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib.

K.Mikayılova hadisə yerində ölüb.

Araşdırma aparılır. 
BAKU.WS