SİZİN REKLAM BURADA!
055 213 76 73


Zərdab rayonunda qohumunun evindən pul və qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 810 manat pul, 5500 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin yaxın qohumu olan L.Seyidova saxlanılıb.
BAKU.WS