SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində insanları dəhşətə salan qətl hadisəsi baş verib. 
 
BAKU.WS
xəbər verir ki, 42 yaşlı Vüsal Məmmədov binanın girişində (blokda) iki azyaşlı oğlunun gözü qarşısında 41 yaşlı həyat yoldaşı Fəridə Məmmədova İsmayıl qızının başını kəsib.

O, cinayəti işlətdikdən sonra qaçıb.

Ailə 4-cü mərtəbədə yaşadığından qadının meyidini həyətdə görənlər onun öldürülərək 4-cü mərtəbədən aşağı atıldığını ehtimal edilib. Əslində isə hadisə belə olub; qadın ərinin onun öldürmək istədiyini anlayaraq evdən qaçıb, lakin blokdan çıxan zaman əri onu tutub qətlə yetirib. 

Qeyd edək ki, sosial şəbəkələrdə hadisənin qısqanclıq, daha dəqiq desək qadının xəyanəti üzündən törəldildiyi barədə ifadələr yazıllıb. Lakin ailəni yaxından tanıyan insanlar elə sosial şəbəkədə yazılanlara etiraz ediblər. Onlar mərhumun əxlaqlı və evdar xanım olduğunu qeyd ediblər.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 1978-cı il təvəllüdlü F.Məmmədovanı öldürməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu tutularaq istintaqa təhvil verilib. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO