SİZİN REKLAM BURADA!
055 213 76 73


Aydam rayonunda baş verən qətlin təfərrüatları məlum olub.

BAKU.WS xəbər verir ki, rayonun Evoğlu kənd sakini 1969-cu il təvəllüdlü Ayaz Kərim oğlu Quliyev 24 may 2019-cu il tarixdə saat 15:30 radələrində Ağdam rayonu, Quzanlı-Əfətli yolunun Kolqışlaq kəndi ərazisindən keçən hissəsində yerləşən “Balıqçılıq” adlandırılan kafedə tanışı 21 mart 1964-cü il təvəllüdlü Təzəgül Sadıx qızı Vəliyevanın boyun nahiyəsinə bir dəfə bıçaqla zərbə ilə vuraraq onu qəsdən öldürüb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları, tibbi ekspertlər və rayon polis şöbəsinin əməliyyat - istintaq qrupunun üzvlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilib.

Məhkəmə-tibb ekspertizası təyin edilərək mərhum Təzəgül Vəliyevanın meyiti daxili və xarici müayinə edilib. Şahidlərin dairəsi müəyyən edilərək ilkin izahatlar alınıb. Digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Ayaz Quliyev şübhəli şəxs kimi tutulub.

24 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO