SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda kişi keçmis arvadını və yaxınlarını bıçaqlayıb.

Bu barədə Daxili İşlər Nazirlyiinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, qanlı cinayət mayın 20-də saat 3 radələrində Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisində baş verib.

Həmin ünvanda kirayə yaşayan M.Rzayevanın evinə gəlmiş keçmiş əri, Astara rayon sakini, əvvəllər məhkum olunmuş Z.Rzayev münaqişə zəminində ona, qızı Samirəyə, habelə onlarla birgə yaşayan evin sahibi Q.Nəbiyevaya və orada olan Zirə qəsəbə sakini V.Əliyevə bıçaqla xəsarət yetirib.

Daha sonra Z.Rzayev hadisə yerini tərk edib.

Xəsarət almış həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Xəstəxanada V.Əliyev ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Rzayev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
BAKU.WS