SİZİN REKLAM BURADA!
055 213 76 73


"Balamın qəbrinə söz vermişəm, gunahkarlar cəzalarını alana qədər bu işdən əl çəkməyəcəm, mübarizə aparacam”. Bu sözləri intiharı ilə ölkəni ayağa qaldıran Elinanın atası deyir.

BAKU.WS  xəbər verir ki, təhsil aldığı 162 saylı məktəbdə özünü 3-cü mərtəbənin pəncərəsindən ataraq intihar edən VII sinif şagirdi Elina Hacıyevanın atası Ədalət Hacıyev istintaqın başa çatmasını səbrsizliklə gözlədiyini bildirir:

"Düzdür, istintaq gedir, amma hələ nəticə yoxdur. Bütün dəlillər olsa da, qızımın ölümündə əli olanlar hələ də məsuliyyətə cəlb olunmayıb. O direktora ev dustaqlığı verməklə məsələ həll olunmur. İstintaqın başa çatması üçün səbrim çatmır. Başa düşürəm ki, qızımı öldürənlər cəzalansa da Elinam qayıtmayacaq, amma bəlkə bir az rahatlanaram".

Dayanmadan sosial şəbəkədə qızı ilə bağlı paylaşımlar edən Ədalət son videosu ilə hər kəsi təsirləndirib. Elinanın fotolarından hazırlanan slaydı təqdim edirik:

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO